
HR Texnologiya və Analitika
Bu günün rəqabətli biznes mühitində HR funksiyasının uğuru data əsaslı qərarvermədən keçir. Biz sizə inteqrasiya olunmuş HR texnologiyaları ilə insan resursları idarəçiliyini modernləşdirməyə, performans və inkişafı real zamanlı izləməyə dəstək oluruq.
Strateji yanaşma, güclü nəticələr
Biz müəssisələrin insan resursları strategiyasını biznes məqsədləri ilə uyğunlaşdıraraq təşkilati inkişaf, istedadların idarə olunması, performansın qiymətləndirilməsi və motivasiya sistemlərinin qurulmasına dəstək göstəririk. Məqsədimiz şirkətlərin davamlı inkişafını təmin etmək, işçi potensialını maksimum səviyyədə reallaşdırmaq və uzunmüddətli uğur üçün güclü insan kapitalı formalaşdırmaqdır.
HRM sistemlərinin seçimi və tətbiqi
İşçi məlumatlarının idarə olunması, sənədləşmə, əmək haqqı və məzuniyyət modullarını bir mərkəzdən idarə edin.
Onlayn performans və təlim platformaları
Rəqəmsal qiymətləndirmə və inkişaf sistemləri ilə komanda performansını yüksəldin.
Analitika və verilənlərə əsaslanan qərar dəstəyi
Ağıllı dashboard'lar və HR məlumatlarının təhlili ilə strateji qərarları daha asan verin.
Necə işləyirik
01. Təhlil
Mövcud HR prosesləri, təşkilati struktur və biznes ehtiyacları ətraflı təhlil edilir.
02. Strategiyanın hazırlanması
Şirkətin məqsədlərinə uyğun insan resursları strategiyası və inkişaf planı hazırlanır.
03. Həllərin dizaynı
HR prosesləri, performans sistemləri və idarəetmə mexanizmləri layihələndirilir.
04. Tətbiq və icra
Hazırlanmış həllər təşkilatda tətbiq edilir və dəyişikliklərin idarə olunmasına dəstək göstərilir.
05. Monitorinq
Nəticələr qiymətləndirilir, göstəricilər izlənilir və davamlı inkişaf üçün optimallaşdırmalar həyata keçirilir.
Digər xidmətlərimiz
Kadr uçotu xidməti
Peşəkar autsorsinq xidmətimiz müəssisənizin daxili resurslarını yükləmədən, tam hüquqi uyğunluqla idarə olunmasına imkan verir. Xüsusilə kiçik və orta bizneslər və məhdud HR komandası olan şirkətlər üçün idealdır.
Daha ətraflıStrateji HR xidmətləri
Uğurlu şirkətlər insan kapitalının strateji uğurun açarı olduğu qənaətindədirlər. HR sistemlərinin qurulmasından motivasiya və performans idarəçiliyinə qədər hər mərhələdə sizə dəstək veririk.
Daha ətraflı360° işçi
Doğru namizədin seçilməsi işə qəbulun uğurla başa çatması demək deyil. Bu, düzgün adaptasiya, davamlı inkişaf və performans dəyərləndirməsi ilə tamamlanır.
Daha ətraflıTəlimlər
Biznes mühitində tələb olunan praktik bacarıqlara malik kadrların hazırlanmasını təmin edən təlim proqramlarımızdan faydalanın.
Daha ətraflıEtibarlı tərəfdaş şəbəkəmiz
FAQ
Tez-tez verilən suallar
Xeyr. Biz həm fərdi mütəxəssislərlə, həm də kiçik və orta bizneslərlə işləyirik. Xidmətlərimiz hər ölçülü təşkilat üçün uyğunlaşdırılır.
Hər iki seçim mövcuddur. Standart paketlərimiz var, lakin ehtiyacınıza uyğun fərdi yanaşma da təklif edirik.
Bəli. HR autsorsinq, hüquqi dəstək və bir çox məsləhət xidmətləri məsafədən təqdim olunur.
Bəli. HR sənədləri, əmək müqavilələri və daxili prosedurlar əmək qanunvericiliyinə uyğun hazırlanır və yoxlanılır.






