İş masası arxasında sənədlər üzərində strategiya müzakirə edən komanda

Strateji HR xidmətləri

Uğurlu şirkətlər insan kapitalının yalnız əməliyyat funksiyası deyil, həm də strateji uğurun açarı olması qənaətindədirlər. Biz bu anlayışı rəhbər tutaraq fəaliyyət göstərir, HR sistemlərinin qurulmasından başlayaraq motivasiya və performans idarəçiliyinə qədər hər mərhələdə sizə dəstək veririk.

Strateji yanaşma, güclü nəticələr

Biz müəssisələrin insan resursları strategiyasını biznes məqsədləri ilə uyğunlaşdıraraq təşkilati inkişaf, istedadların idarə olunması, performansın qiymətləndirilməsi və motivasiya sistemlərinin qurulmasına dəstək göstəririk. Məqsədimiz şirkətlərin davamlı inkişafını təmin etmək, işçi potensialını maksimum səviyyədə reallaşdırmaq və uzunmüddətli uğur üçün güclü insan kapitalı formalaşdırmaqdır.

Müraciət et
  • Biznesə uyğun HR strategiyası

    Təşkilatın məqsəd və inkişaf planına uyğun insan resursları strategiyasının hazırlanması və tətbiqi.

  • Təşkilati inkişaf

    Təşkilati strukturun optimallaşdırılması, biznes proseslərinin təkmilləşdirilməsi və korporativ mədəniyyətin inkişafı.

  • İstedadların idarə olunması

    Doğru namizədlərin cəlb edilməsi, inkişaf etdirilməsi və təşkilatda uzunmüddətli saxlanılması.

  • Performansın idarə olunması

    Performans qiymətləndirmə sistemlərinin qurulması, KPI-ların müəyyənləşdirilməsi və əməkdaşların inkişafının izlənilməsi.

  • Mükafatlandırma və motivasiya

    Ədalətli əməkhaqqı, bonus və motivasiya sistemlərinin hazırlanması ilə işçi məmnuniyyətinin artırılması.

Necə işləyirik

  1. 01. Təhlil

    Mövcud HR prosesləri, təşkilati struktur və biznes ehtiyacları ətraflı təhlil edilir.

  2. 02. Strategiyanın hazırlanması

    Şirkətin məqsədlərinə uyğun insan resursları strategiyası və inkişaf planı hazırlanır.

  3. 03. Həllərin dizaynı

    HR prosesləri, performans sistemləri və idarəetmə mexanizmləri layihələndirilir.

  4. 04. Tətbiq və icra

    Hazırlanmış həllər təşkilatda tətbiq edilir və dəyişikliklərin idarə olunmasına dəstək göstərilir.

  5. 05. Monitorinq

    Nəticələr qiymətləndirilir, göstəricilər izlənilir və davamlı inkişaf üçün optimallaşdırmalar həyata keçirilir.

Etibarlı tərəfdaş şəbəkəmiz

  • BERC & Partners
  • HBDC
  • Məşğulluq (DMA)
  • Veysəloğlu
  • PAŞA
  • Matanat A

FAQ

Tez-tez verilən suallar

Xeyr. Biz həm fərdi mütəxəssislərlə, həm də kiçik və orta bizneslərlə işləyirik. Xidmətlərimiz hər ölçülü təşkilat üçün uyğunlaşdırılır.

Hər iki seçim mövcuddur. Standart paketlərimiz var, lakin ehtiyacınıza uyğun fərdi yanaşma da təklif edirik.

Bəli. HR autsorsinq, hüquqi dəstək və bir çox məsləhət xidmətləri məsafədən təqdim olunur.

Bəli. HR sənədləri, əmək müqavilələri və daxili prosedurlar əmək qanunvericiliyinə uyğun hazırlanır və yoxlanılır.

Biznesə dair ən son təhlilləri, ekspert rəylərini və sahə xəbərlərini birbaşa e-poçtunuza alın. BERC Insights-a abunə olun.