Uğurlu şirkətlər insan kapitalının yalnız əməliyyat funksiyası deyil, həm də strateji uğurun açarı olması qənaətindədirlər. Biz bu anlayışı rəhbər tutaraq fəaliyyət göstərir, HR sistemlərinin qurulmasından başlayaraq motivasiya və performans idarəçiliyinə qədər hər mərhələdə sizə dəstək veririk.
Xidmət çərçivəsində təqdim etdiklərimiz:
– HR sistemlərinin qurulması və optimallaşdırılması: Funksional, çevik və biznes hədəflərinə uyğun strukturları, prosesləri və prosedurları formalaşdırırıq;
– Performans və KPI sistemlərinin dizaynı və tətbiqi: Performansın ölçülməsi üçün effektiv göstəricilər;
– 360° İşçi qiymətləndirməsi: İşçilərin bacarıq və davranışlarının müxtəlif tərəflər üzrə (rəhbər, kolleqa, işçi) dəyərləndirir, feedback və nəticələri hesabat şəklində təqdim edirik;
– İşçi məmnuniyəti və digər işçi sorğuları: İşçilər arasında məmnuniyyət sorğularını keçirir və onların şirkətə olan münasibət və yanaşmalarının öyrənirik;
– İş analizi və İR planlama: İş analizini həyata keçirməklə şirkətin ehtiyaclarına uyğun işçi qüvvəsi və iş yükü ilə digər İnsan Resursları planlamasını dəqiq və effektiv şəkildə təmin edirik;
– Əmək haqqı və motivasiya sistemlərinin qurulması: Ədalətli və motivasiyaedici sistemlər tətbiq edirik;
– HR strategiyasının hazırlanması və tətbiqinə dəstək göstərilməsi: Qısa və uzunmüddətli hədəflərə uyğun strateji planlama həyata keçiririk.
Bonus:
– İllik HR Strateji Yol Xəritəsi (HR Roadmap): Biznes prioritetləri ilə uyğunlaşdırılmış detallı inkişaf planı təqdim edirik.
Kimlər üçündür?
– Böyümə mərhələsində olan şirkətlər;
– İnsan resurslarını əməliyyat funksiyasından strateji vasitəyə çevirmək istəyən rəhbərlər;
– Effektiv KPI və motivasiya sistemlərinə ehtiyacı olan müəssisələr.

