Bu günün rəqabətli biznes mühitində HR funksiyasının uğuru data əsaslı qərarvermədən keçir. Biz sizə inteqrasiya olunmuş HR texnologiyaları ilə insan resursları idarəçiliyini modernləşdirməyə, performans və inkişafı real zamanlı izləməyə dəstək oluruq.
Təklif etdiyimiz rəqəmsal həllər:
–HRM sistemlərinin seçimi və tətbiqi: İşçi məlumatlarının idarə olunması, sənədləşmə, əmək haqqı və məzuniyyət modullarını bir mərkəzdən idarə edin.
–Onlayn performans və təlim platformaları: Rəqəmsal qiymətləndirmə və inkişaf sistemləri ilə komanda performansını yüksəldin.
–Analitika və verilənlərə əsaslanan qərar dəstəyi: Ağıllı dashboard’lar və HR məlumatlarının təhlili ilə strateji qərarları daha asan verin.
Bonus:
–Ətraflı rəqəmsal hesabat + HR komandası üçün izahlı nəticə təhlili – Nəticələrə əsaslanan real tövsiyələr və inkişaf fürsətləri.
Kimlər üçündür?
-HR sistemini rəqəmsallaşdırmaq istəyən şirkətlər
-Ölçüləbilən nəticələrə əsaslanan qərarverməyə üstünlük verən idarəçilər
-Performans və təlim nəticələrini real vaxtda izləmək istəyən təşkilatlar

