360° İşçi
Doğru namizədin seçilməsi işə qəbulun uğurla başa çatması demək deyil. Bu, düzgün adaptasiya, davamlı inkişaf və performans dəyərləndirməsi ilə tamamlanır. Biz bu prosesi sizin üçün başdan sona qədər planlayır və həyata keçiririk.
360° işçi ilə Azərbaycan-a peşəkar işəgötürən xidməti gətirdik. İnsan resurslarının strateji və əməliyyat işlərini bizə həvalə edin. Biz işçi heyətinin işə qəbulu, karyera inkişafı, performans dəyərləndirilməsi və nəticələrin artırılmasına nəzarət edək, siz biznesinizi böyüdün!
Xidmət mərhələləri:
– Lazımi kadrlarla təminat: Tələblərə uyğun kadrların tapılması və yerləşdirilməsini həyata keçiririk;
– Namizədlərin peşəkar dəyərləndirilməsi: Uyğun namizədləri seçib, onların çatışmazlıqlarını aşkarlayır və hesabat şəklində təqdim edirik;
– Kadr inkişafı: Ehtiyac yaranarsa, kadrlara çatışmazlıqları və ehtiyacları üzrə təlimlər keçir, bacarıqlarını inkişaf etdirir, onların şirkət və proseslər haqqında təlimatlandırılması və iş yerinə uyğunlaşdırılmasını təmin edirik;
– Peşəkar karyera dəstəyi və idarəetmə: Növbəti mərhələlərdə namizədlərə performans, bonus-mükafat, təlim, sorğularının cavablandırılması, biznes və şəxsi karyera tələbləri istiqamətində daimi dəstək göstəririk.
Bonus:
– Namizədin uzunmüddətli inkişafının planlanması və monitorinqi: Daxili alətlərimiz vasitəsilə namizədlərin potensialını inkişaf etdirir və perspektivləri üzrə dəstək veririk.
Kimlər üçündür?
– İşə qəbul zamanı resurs itkisindən qaçmaq istəyən müəssisələr;
– HR komandası olmayan və ya prosesə peşəkar dəstək axtaran şirkətlər;
– Yüksək uyğunluq və davamlılıq dərəcəsinə malik işçi heyəti formalaşdırmaq istəyən rəhbərlər.

