Masanın üzərində hüquqi sənədlər və müqavilə üzərində işləyən əl

Hüquq üzrə Təlim Proqramları

Bu təlimlər hüquqşünaslar, menecerlər və hüquqi məsuliyyət daşıyan sahələrdə çalışan şəxslər üçün nəzərdə tutulub. Məqsəd iştirakçılara praktiki biliklər vermək, qanunvericiliyin tətbiqində dəqiqlik və strateji hüquqi yanaşma formalaşdırmaqdır.

Təlim mövzuları

  • Kommersiya hüququ və sahibkarlıq fəaliyyəti

  • Əqli mülkiyyət hüququ və brend qorunması

  • Vergi hüququ və mübahisələrin idarə olunması

  • Daşınmaz əmlak hüququ və mülkiyyət münasibətləri

  • Miqrasiya hüququ və icazələrin alınması prosesi

  • Hakimlik və vəkillik imtahanına hazırlıq proqramı

  • Müqavilələr hüququ və müqavilə risklərinin qiymətləndirilməsi

Kimlər üçündür

  • Hüquqşünaslar və hüquq üzrə təhsil alanlar

  • İdarəçilər və müqavilə, vergi, əmlak kimi risk daşıyan sahələrin rəhbərləri

  • Hüquqi məsələlərə cavabdeh olan mütəxəssislər və qərarvericilər

Digər təlimlərimiz

Yumşaq bacarıq təlimləri (Soft Skills)

Müasir iş mühitində texniki biliklərə əlavə olaraq, davranış bacarıqları da fərdi və komanda uğurunun əsas təməlidir. Bu təlimlər əməkdaşların gündəlik fəaliyyətlərində daha effektiv, məqsədyönlü və balanslı olmasına dəstək verir.

Daha ətraflı

İdarəçilik və liderlik təlimləri

Bu təlimlər müasir liderlərin və menecerlərin qarşılaşdığı real idarəetmə çağırışlarını həll etməyə yönəlib. Dəyişikliklərin idarə olunmasından başlayaraq layihələrin uğurla icrasına qədər hər mərhələdə rəhbər heyətinizi gücləndirmək məqsədi daşıyır.

Daha ətraflı

Maliyyə, mühasibatlıq və vergi təlimləri

Bu təlimlər maliyyə və mühasibatlıq sahəsində çalışan və ya bu sahəyə daxil olmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Qanunvericiliyə uyğun hesabatların hazırlanması, vergi öhdəliklərinin düzgün icrası və maliyyə təhlili bacarıqlarının inkişafı əsas məqsəddir.

Daha ətraflı

HR və kadr uçotu təlimləri

Bu təlim proqramı insan resursları və kadr uçotu sahəsində çalışan və ya bu sahəyə yeni başlayan şəxslər üçün nəzərdə tutulub. Təlimlər hüquqi əsaslardan texniki bacarıqlara, analitikadan motivasiya sistemlərinə qədər geniş spektri əhatə edir.

Daha ətraflı

Logistika, gömrük və satınalma təlimləri

Bu təlimlər logistika, gömrük və satınalma sahəsində çalışan mütəxəssislər və rəhbərlər üçün nəzərdə tutulub. Məqsəd, beynəlxalq və yerli tələblərə uyğun şəkildə əməliyyatları daha səmərəli və hüquqi risklərdən uzaq idarə edə bilən kadrlar yetişdirməkdir.

Daha ətraflı

Marketinq təlimləri

Bu təlimlər müasir marketinqin əsaslarını öyrənmək, rəqəmsal alətlərdən düzgün istifadə etmək və sosial media vasitəsilə brend dəyərini artırmaq istəyən şəxslər üçün hazırlanıb.

Daha ətraflı

Etibarlı tərəfdaş şəbəkəmiz

  • BERC & Partners
  • HBDC
  • Məşğulluq (DMA)
  • Veysəloğlu
  • PAŞA
  • Matanat A

Biznesə dair ən son təhlilləri, ekspert rəylərini və sahə xəbərlərini birbaşa e-poçtunuza alın. BERC Insights-a abunə olun.