Soft Skills Təlimləri

“Ünsiyyətin gücünü, emosional zəkanı və komanda dinamikasını inkişaf etdirin – şəxsi və təşkilati performansınızı artırın.”

Müasir iş mühitində texniki biliklərə əlavə olaraq, davranış bacarıqları da fərdi və komanda uğurunun əsas təməlidir. Bu təlimlər əməkdaşların gündəlik fəaliyyətlərində daha effektiv, məqsədyönlü və balanslı olmasına dəstək verir.

Təlim mövzuları:

– Effektiv ünsiyyət və bədən dili
– Zamanın idarə olunması
– Müştəri məmnuniyyəti və xidmət keyfiyyəti
– Emosional zəka və konfliktlərin idarə olunması
– Təqdimat və natiqlik bacarıqları
– Stresin idarə olunması
– Şirkət mədəniyyəti və iş etikası
– Effektiv komanda işi və daxili münasibətlər
– İşgüzar yazı qaydaları və rəsmi ünsiyyət bacarıqları

Kimlər üçündür:

– Müxtəlif vəzifə sahibləri və departament əməkdaşları
– Yeni təyin olunmuş rəhbərlər və inkişaf potensialı olan komandalar
– İş mədəniyyətini və komanda əlaqələrini gücləndirmək istəyən müəssisələr

ÜSTÜNLÜKLƏR

Nəticəyönlü yanaşma təqdim edirik

Təlimdən əvvəl ehtiyac diaqnostikası

Təlimdən sonra ölçmə və hesabat

Davamlı təkmilləşdirmə üçün fərdi planlama

TƏLİM FORMATI

Təlim formatlarımız

On-site (şirkət daxilində)

Onlayn (Zoom / Teams vasitəsilə)

Hibrid model (nəzəri + praktik)

SERTİFİKATLI TƏLİMLƏR

Təlim sonunda iştirakçılarımıza rəsmi sertifikat təqdim edirik.

FAQ

Tez-tez verilən suallar

Təlimlər kimlər üçündür?
Təlimlərimiz həm yeni başlayanlar, həm də təcrübəli mütəxəssislər üçün nəzərdə tutulub. Hər proqram iştirakçının səviyyəsinə uyğun strukturlaşdırılır.
Təlimlər onlayn keçir, yoxsa əyani?
Hər iki format mümkündür. İştirakçıların istəyi və təlimin xarakterindən asılı olaraq onlayn və ya əyani şəkildə təşkil edilir.
Təlimdən sonra iştirakçıların inkişafı izlənilirmi?
Bəli. Təlim sonrası ölçmə, hesabat və fərdi inkişaf planları ilə nəticələrin davamlılığı təmin edilir.
Təlim proqramları fərdiləşdirilə bilərmi?
Əlbəttə. Təşkilatınızın ehtiyacına uyğun fərdi proqramlar hazırlamaq imkanımız var.
Təlimlər yalnız HR sahəsinə aiddirmi?
Xeyr. Təklif etdiyimiz xidmətlər HR-dan əlavə, satış, İT, maliyyə, hüquq, marketinq və idarəetmə sahələrini də əhatə edir.
Təlimlərdə iştirak üçün öncədən bilik tələb olunurmu?
Yox. Başlanğıc səviyyəli təlimlər üçün heç bir əvvəlki bilik tələb olunmur. İrəliləmiş səviyyəli təlimlərdə isə ilkin biliklər faydalıdır.
Qiymət siyasətiniz necədir?
Qiymətlər təlimin mövzusundan, müddətindən və formatından asılı olaraq dəyişir. Bütçənizə uyğun seçimlər təklif edirik.
Qeydiyyat və iştirak prosesi necədir?
Qeydiyyat üçün bizimlə əlaqə saxlamaq və təlim seçim formunu doldurmaq kifayətdir. Komandamız sizə bütün mərhələlərdə dəstək olacaq.

Komandanız üçün ən uyğun təlim paketini seçin.

Sertifikatlı, nəticəyönlü və texniki dəstəkli təlimlərlə fərqlənin.