Bu təlimlər satış komandalarının effektivliyini artırmaq, qiymət danışıqları zamanı peşəkar yanaşmanı formalaşdırmaq və həm onlayn, həm də korporativ mühitdə satış bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub.
Təlim mövzuları:
– Satış və satışın əsas prinsipləri
– Satışda qiymət danışıqlarının aparılması və müqavimətin idarəsi
– Satışın təşkili və idarə olunması üzrə metodologiyalar
– Korporativ satış texnikaları və B2B yanaşması
– Onlayn satış strategiyaları və rəqəmsal alətlərdən istifadə
– Praktiki satış bacarıqları və real situasiya məşqləri
Kimlər üçündür:
– Satış komandaları və satış üzrə menecerlər
– Marketoloqlar və müştəri ilə birbaşa ünsiyyətdə olan əməkdaşlar
– KOB-lar, startaplar və məhsul satışı ilə məşğul olan fərdi sahibkarlar




